Bakı gəmiqayırma zavodunda istehsal edilmiş “Laçın” gəmisi planetin ən yaxşı texniki göstəricilərə malik ticari gəmilərinin yer aldığı “Significant Ship 2019 TOP50” siyahısında yer alıb.
"APA Economics" xəbər verir ki, “Royal İnstitution of Naval Architects” (RINA) tərəfindən hazırlanmış siyahıya 45 gəmi daxil edilib. Azərbaycanla Ukraynanın əməkdaşlığı çərçivəsində Odessa dəniz mühəndis bürosunun layihəsinə əsasən hazırlanmış “Laçın” çay/dəniz tankeri ötən ilin ən yaxşı gəmiləri sırasında yer alıb.
Qeyd edək ki, 1860-cı ildə əsası qoyulmuş RİNA gəmi dizaynı sahəsində araşdırmalar aparır və institutun 90-dan çox ölkədə nümayəndəsi var.