Evdə balıq qoxusunu yox etməyin  YOLLARI
07 aprel 2021 13:35 (UTC +04:00)

Evdə balıq qoxusunu yox etməyin YOLLARI

Bəzi xanımlar balığı məhz evdə yaratdığı pis qoxuya görə bişirmirlər. Ləzzətli dadı ilə yanaşı, özündən sonra xoşagəlməz qoxu qoyan bu yeməyi daha ürək rahatlığı ilə hazırlaya bilərsiniz. Necə?

Lent.az xarici KİV-ə istinadən evdən balıq qoxusunu təmizləməyin üsullarını təqdim edir:

Balığı bişirdikdən sonra sirkə və ya limon suyunu, dəfnə yarpağını, darçın çubuqlarını və mixəkləri bir qazana qoyun və qaynadın. Ağzı açıq qazandan yayılan ədviyyat qoxusu balıqdan heç bir iz qoymayacaq.

Əllərinizdə qalan balıq qoxusunu aradan qaldırmaq üçün dəmir və metal qaşıqla yuya bilərsiniz. Əllərinizi əvvəl sabunla , daha sonra isə hər hansı bir metalla yuyanda balıq qoxusunun yox olduğunu görəcəksiniz. Əllərinizi qəhvə tozu ilə ovuşdurmaqla da bu qoxudan qurtulmaq olar.

Balığı bişirdiyiniz qabı saxlamayın. Dərhal yuyun.

Balıq bişirərkən eyni zamanda qazın üzərinə vanilli su da qoyun. O qaynadıqca ətri mətbəxə yayılacaq və nəticədə balıq qoxusu evə yayılmayacaq.

Balıqları qızardığınız qaba bir neçə limon dilimini qoysanız, balığın qoxusunun çıxmamasını təmin edəcək.

Ətirli bir şam yandırmaq, mətbəxinizdə balıq bişirəndə pis qoxuların yayılmasının qarşısını alacaq.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6138
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar