6 fevralda Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra avstriyalı elm adamı Frank Hoogerbeets “bu zəlzələni 3 gün öncədən xəbər vermişdim” paylaşımı ilə gündəmə gəldi, çox keçmədi ki, o, “10-14 fevralda daha bir zəlzələ gözlənilir” paylaşımı ilə insanları səksəkəyə saldı. Lakin zəlzələ baş vermədi.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu günlərdə ölkənin nüfuzlu media orqanları “zəlzələ kahini” adlanan Hoogerbeetsi fırıldaqçılıqda ittiham edir.
Ən çox soruşulan sual budur. “Fran Hoogerbbets güvəniləcək qaynaqdırmı, ona nə dərəcədə inanmaq olar?”
Gazi Üniversitetinin professoru, zəlzələlər üzrə mütəxəssis Süleyman Pampal “zəlzələ kahini”ni fırıldaqçı adlandıraraq deyib ki, aya, ulduza, buluda baxaraq zəlzələ olacağını söyləmək səfehlikdir:
“Bu günə qədər zəlzələni öncədən yalnız Çində ,1976-cı ilə xəbər verə biliblər. Onlar illərlə çalışdıqları ərazidə havadakı ionların elektrik yükünün, qayaların sıxlıq tərkibinin artmasını, qarlı bir gündə ilanların yuvalarından çıxaraq soyuqda qar üzərində ölməsini əsas götürərək zəlzələni proqnozlaşdırdılar. Hazırda elə təzadlı məlumatlar yayılır ki, insanlar qorxularından evlərinə girə bilmirlər. İnsanları qorxutmaq düzgün deyil. Şərq Anadolu fay xətti üzərində davamlı şəkildə yeraltı təkanlar olur. Bunun dəqiq vaxtını ölçmək imkansızdır”.
Qaradəniz Texniki Universitetinin Geologiya Mühəndisliyi Fakultəsinin dekanı, professor Osman Bektaş, professor Doğu Öztürk, professor Burcu Özberk və bir çox mütəxəssislər də insanları proqnozları ilə həyəcana salan avstriyalı alimi fırıldaqçı adlandıraraq, onun fikirlərinə etimad göstərməməyə çağırış ediblər.