Türkiyədə baş verən zəlzələdə zərərçəkənlərə kömək məqsədilə dünyanın bir çox ölkəsindən xilasetmə qrupları gəlib.
Lent.az xəbər verir ki, bir çox dünya ölkələri insanları dağıntılar altından xilas etmək üçün birgə çalışır və əllərindən gələni edir.
Onlardan biri də İspaniyadan gələn xilasetmə qrupudur. Onlar 6 saatlıq mübarizədən sonra bu gecə 12 yaşlı qızı və atasını xilas ediblər. Sonra rəsmi “Twitter” hesablarında maraqlı paylaşım ediblər.
"İnsanlar qidaları zərərçəkənlərə çatdırmaq üçün yolda bizi dayandırdılar. Səhər yeməyi üçün pul ödəməyə isə imkan vermirlər. Bütün insanlar təcili yardım qruplarına çevrilib. Unutmayın, onlar hekayənin əsas qəhrəmanlarıdır. Biz yalnız onların ümid mənbəyiyik".