Vladimir Zelenskinin Ukrayna prezidenti kimi yeni müddətə seçilməsi və onun əvəzediciləri ilə bağlı müzakirələr başlayıb. Bir gün əvvəl o, prezidentliyə namizədliyini irəli sürmək istədiyini açıqlayıb və Qərb ölkələrindən 5 milyard dollar tələb edib.
Lent.az xaricimediaya istinadən xəbər verir ki, Zelenskinin prezidentlik müddəti 2024-cü il mayın 20-də başa çatır.
İddialara görə, Zelenskinin yerinə namizədlər də var və onlar fəallaşıblar. Onların arasında Kiyev meri Vitali Kliçko, Ukrayna Silahlı Qüvvələrinin rəhbəri Valeri Zalujnı, Zelenskinin sələfi Petro Poroşenko və keçmiş baş nazir Yuliya Timoşenko da var.
Hollandiya Avrasiya Araşdırmalar Mərkəzinin direktoru, politoloq Vladimir Kornilova istinadən bildirilir ki, Qərb Ukrayna prezidentinin yenidən seçilməsinə can atır, lakin problem müharibə zonasında səsvermənin necə təşkil edilməsindədir, bundan başqa, milyonlarla ukraynalı ölkədən kənardadır.
KİV Ukrayna hökumətində qarşıdan gələn dəyişiklikləri elan edən Ali Radanın deputatı Aleksandr Dubinskinin sözlərinə də istinad edir. O, baş nazir Denis Şmıqalın istefa verəcəyini, onun yerini isə ABŞ-dakı səfir Oksana Markarovanın tutacağını ehtimal edir. Dubinski həmçinin qeyd edib ki, Zelenskinin guya “hakim Xalqın qulluqçusu” partiyasında dəyişiklik planları var – onun sözlərinə görə, “partiyaya tezliklə prezidentin həyat yoldaşı Yelena rəhbərlik edəcək”.
“Ola bilsin ki, Zelenski dövlət başçısı postu üçün öz arvadını lobbi etmək niyyətindədir”, - Dubinski qeyd edib.
“Ancaq bu variant çətin ki, mümkün olsun - Zelenskaya xalq arasında populyarlıq qazana bilməyib”, - Bezpalkoya istinadən yazılır.
Ukrayna konstitusiyasına görə, növbəti prezident seçkiləri 2024-cü ilin martında keçirilməlidir, lakin seçki qanunvericiliyi onun hərbi vəziyyət dövründə keçirilməsini qadağan edir.