Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstan rəhbərliyini Ukrayna vətəndaşı və Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini azad etməyə çağırıb.
Lent.az-ın məlumatına görə, bu barədə Zelenski özünün “Twitter” səhifəsində yazıb.
“Hazırda Ukrayna vətəndaşı, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili yavaş-yavaş öldürülür. 21-ci əsrdə Avropada bir insanın de-fakto açıq şəkildə edam edilməsi cəhdi ilə hələ də mübarizə aparmalı olmağımızın özü biabırçılıqdır!”, - deyə Ukrayna lideri yazıb.
Zelenski Gürcüstan hakimiyyətini öhdəliklərini yerinə yetirməyə Saakaşvilini azad etməyə çağırıb.