Yük və minik maşınları toqquşdu, ölənlər var
05 mart 2024 04:45 (UTC +04:00)

Yük və minik maşınları toqquşdu, ölənlər var

0

Rusiyanın Samara vilayətində ölümlə nəticələnən qəza baş verib.

Lent.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

“KamAZ” markalı yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb, daha 3 nəfər yaralanıb.

Qəza Samara-Uralsk yolunda baş verib. 

Ölənlərin hamısı avtomobildə olanlardır. 

Dəhşətli zərbədən yük maşını yoldan çıxaraq aşıb.

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3534

Oxşar yazılar