Yoxa çıxan dillər məlum oldu
04 fevral 2024 13:11 (UTC +04:00)

Yoxa çıxan dillər məlum oldu

Rusiyada 2021-ci ildə əhalinin siyahıya alınması zamanı 155 dildə danışan insanların yaşadığı müəyyənləşib.

Lent.az-ın “lenta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə araşdırmanın nəticəsi bu günlərdə açıqlanıb.

Əhalinin siyahıya alınması zamanı respondentlər arasında keçirilən sorğuda 5 dilin – aleut, kerek, ayn, siren və yuq dillərinin yoxa çıxdığı, oroç dilinin isə yoxa çıxmaqda olduğu üzə çıxıb. Başqa sözlə, yoxa çıxdığı açıqlanan 5 dildə artıq danışan kimsə yoxdur, oroç dilində olan sözlərin bir qismini isə bəzi yaşlılar xatırlayır.

PAN Dil Araşdırma İnstitutu ümumilikdə XX əsrin əvvəlindən Rusiyada 15 dilin yoxa çıxdığı, yaxud yoxa çıxmaqda olduğunu açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7365
avatar

Oxşar yazılar