“Youtube” videoplatforması Rusiyanın Dövlət Televiziya və Radio Şirkətinin Çeçenistan filialı olan “Vaynax” televiziyasının səhifəsini bloklayıb.
Lent.az-ın xəbərinə görə, bu barədə TASS agentliyinə kanalın rəhbərliyi məlumat verib.
Kanal rəhbərliyi bildirir ki, televiziyanın səhifəsi heç bir xəbərdarlıq edilmədən bağlanıb. İndiyədək kanala videoplatformanın qaydalarının pozulması barədə heç bir irad bildirilməyib.