Yolu uşaq arabası ilə keçən qadını  maşın vurdu
05 mart 2023 05:00 (UTC +04:00)

Yolu uşaq arabası ilə keçən qadını maşın vurdu

0

Sankt-Peterburqda "VAZ" markalı avtomobil svetoforun yaşıl işığında yolu keçən uşaq arabasında körpəsi olan qadını vurub. 

Lent.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin şəhər və rayon üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Qəza nəticəsində qadın və 2022-ci il təvəllüdlü uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı Petroqradski rayonunun polis əməkdaşları araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2023

Oxşar yazılar