Rusiya Federasiyasının Rostov vilayətində yük və minik avtomobillərinin toqquşması nəticəsində üçü uşaq olmaqla beş nəfər ölüb.
Lent.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.
İdarədən verilən məlumata görə, saat 18:20 radələrində “Volkswagen Polo” markalı avtomobilin sürücüsü qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxıb və əks istiqamətdə hərəkətdə olan “MAN” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində 2013 və 2015-ci il təvəllüdlü iki uşaq olmaqla 4 nəfər ölüb. Sərnişinlərdən biri də xəstəxanada ölüb.