“Yol hərəkəti qaydalarını pozanlar müharibəyə göndəriləcək” – UKRAYNA PATRUL POLİSİ
24 mart 2022 19:24 (UTC +04:00)

“Yol hərəkəti qaydalarını pozanlar müharibəyə göndəriləcək” – UKRAYNA PATRUL POLİSİ

“Hərbi vəziyyət dövründə avtoxuliqanlıq edən, yaxud yol hərəkəti qaydalarını, komendant saatını kobud şəkildə pozan hər kəs saxlanıldıqdan sonra hərbi komissarlığa göndəriləcək. Onlara hərbi çağırış vərəqəsi verilərək, döyüşə cəlb ediləcəklər”.

Lent.az-ın xəbərinə görə, bunu Ukrayna Patrul Polisinin rəis müavini Aleksey Beloşitski bildirib.

Bildirilib ki, qeydiyyatdan keçmiş ehtiyatda olanların demək olar ki, 100 %-i artıq xidmət edəcəkləri hərbi hissələrə gələrək müvafiq döyüş tapşırıqlarını yerinə yetirirlər.

Əvvəllər xidmət etməyən, lakin hərbi səfərbərliyə cəlb edilmiş digər vətəndaşlar Ukrayna Silahlı Qüvvələrinin təlim mərkəzlərinə göndərilir, orada müvafiq hazırlıq keçirlər, bundan sonra isə hərbi hissələrə göndərilirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2390

Oxşar yazılar