Yetkinlik yaşına çatmayanlara cinsini dəyişmək qadağan edildi
06 fevral 2025 06:31 (UTC +04:00)

Yetkinlik yaşına çatmayanlara cinsini dəyişmək qadağan edildi

Argentina hökuməti yetkinlik yaşına çatmayanlar üçün cinsiyyət dəyişdirmə əməliyyatı və terapiyanı uşaq istismarını təşkil edən bir təcrübə kimi qadağan edib.

Lent.az xəbər verir ki, bu barədə Argentina prezidenti Xavyer Mileyin ofisinin dərc etdiyi bəyanatda deyilir.

"Prezident Xavyer Miley yetkinlik yaşına çatmayanların cinsiyyətinin dəyişdirilməsi əməliyyatını və terapiyasını qadağan etmək qərarına gəlib. Həddindən artıq kişik yaşlarda və zorla və ya psixoloji məcburiyyət yolu ilə uşaqlara tətbiq edilən gender ideologiyası, əslində, uşaq istismarıdır", - deyə bəyanatda bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 759

Oxşar yazılar