Yeni viruslarla bağlı ŞOK XƏBƏRDARLIQ
30 aprel 2022 09:20 (UTC +04:00)

Yeni viruslarla bağlı ŞOK XƏBƏRDARLIQ

Amerikalı alimlər 2070-ci ilə qədər minlərlə yeni virusun peyda olacağını proqnozlaşdırıblar. 

Lent.az xəbər verir ki, bu virusların yaranmasına iqlim dəyişikliyi səbəb olacaq. 

Bioloqlar yaxın 50 ildə dünya üzrə orta temperaturun artacağını bildiriblər. Bu da daha çox xəstəliklərin peyda olmasına gətirib çıxaracaq. Yaranmış yeni virusların daha çox məməli heyvanlarda, quşlarda rast gəlinəcəyi ehtimal olunur. 

Mütəxəssislərin sözlərinə görə, yeni viruslar koronavirus pandemiyası kimi hallara  səbəb olmayacaq. Amma xəstəliklərin heyvanlardan insanlara keçmə riski arta bilər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2229
avatar

Sevinc Fərid

Oxşar yazılar