Ümumdünya Səhiyyə Sammitində (WHS) çıxış edənlər bildirib ki, dünya COVID-19 kimi yeni pandemiyadan qorunmayıb. Yeni qlobal epidemiyanın qarşısını almaq üçün ölkələr arasında əməkdaşlıq və heyvanların mühafizəsinin gücləndirilməsi də daxil olmaqla elmi tədqiqatlara əsaslanan vahid yanaşma lazımdır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə beynəlxalq heyvanları mühafizə təşkilatı “FOUR PAWS International” məlumat yayıb.
Berlində keçirilən ÜSS illik toplantısında təşkilatın prezidenti Aksel Pris vurğulayıb ki, dünyanın yeni pandemiyaya hazırlığı aşağı səviyyədədir və o COVID-19-dan daha pis ola bilər.
Hazırda Ümumdünya Səhiyyə Təşkilatına üzv dövlətlər tərəfindən müzakirə olunan pandemiyanın qarşısının alınması, hazırlıq və cavab tədbirləri haqqında saziş ətrafında da müzakirə aparılıb. ÜST-nin baş hüquqşünası Stiven Solon hesab edir ki, razılaşma 2024-cü ilin may ayına qədər tamamlana bilər.
Görüşdə pandemiyanın qarşısının alınması üçün görünməmiş miqyasda qlobal əməkdaşlığın tələb olunacağı qənaətinə gəlinib. Heyvanların və ətraf mühitin mühafizəsi də daxil olmaqla, elmi əsaslı tədbirlər patogenlərin heyvanlardan insanlara ötürülməsinin qarşısını almaq üçün lazımdır.
“Heyvanlarla rəftarımızdakı paradiqma dəyişikliyi ictimai sağlamlığa yeni qlobal yanaşmanın mərkəzində olmalıdır”, deyə “FOUR PAWS” pandemiya şöbəsinin rəhbəri Nina Camal yekunlaşdırıb.