İngiltərə kraliçası II Elizabet hakimiyyətə gəlişinin 70 illiyi ərəfəsində Britaniya xalqına müraciət edib.
Lent.az-ın xəbərinə görə, II Elizabet konsort kraliçanı elan edib. Kraliça platin yubileyində bildirib ki, o, oğlu Çarlz hakimiyyətə gələcəyi təqdirdə arvadı Kamiliyanın konsort kraliça olmasını istəyir.
İndiyədək mövcud olmuş ənənəyə görə, şahzadə Çarlzın ikinci arvadı yalnız konsort şahzadə ola bilərdi.
Qeyd edək ki, hakim kraliçadan fərqli olaraq konsort kraliçanın heç bir siyasi və hərbi hakimiyyəti yoxdur. O, yalnız əri hakimiyyətdə olduğu üçün kraliça titulu daşıyır.