Voloqda vilayətinin Çerepovets şəhərində azyaşlı qız parkda yelləncəkdən yıxılıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, buna görə də, onun ailəsi yelləncəyi quraşdıran podratçını məhkəməyə veriblər. Nəticədə məhkəmə podratçıya qıza dəyən ziyanı ödəmək barədə qərar qəbul edib.
Ümumilikdə şirkət 339 min rubldan çox (təxminən 6305 manat) ödəməlidir. Pulun böyük hissəsi uşağa veriləcək. Qalan hissəsi qızın anasına dəyən mənəvi zərərin ödənilməsinə, həmçinin müayinənin, vəkilin və digər mütəxəssislərin xidmətinin ödənilməsinə sərf olunacaq.
Məhkəmə müəyyən edib ki, 2022-ci ilin avqustunda Çerepovetsdə parkların birində yuva tipli yelləncəkdə yellənən doqquz yaşlı qız yıxılıb və aşağı ayağının sümüklərinin yerindən oynanmış sınığı alıb. Müayinədə ağır bədən xəsarəti olaraq qiymətləndirilib.
Avadanlığa baxış zamanı yelləncəyin qayda pozuntuları ilə quraşdırıldığı, uşağın xəsarət aldığı zaman yerin hələ sifarişçiyə təhvil verilmədiyi və təhlükəsizlik tələblərinə uyğunluğu yoxlanılmadığı məlum olub. Eyni zamanda, qəza zamanı ərazi strukturlarına giriş pulsuz imiş.