Yaponları yenə dəhşətə salacaq
06 avqust 2023 15:12 (UTC +04:00)

Yaponları yenə dəhşətə salacaq

Tropik “Xanun” qasırğası tədricən şimala doğru hərəkət etməklə Yaponiyanın cənub-qərbinə - Okinava adalar qrupuna qayıdır.

Lent.az-ın xəbərinə görə, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Mərkəzində küləyin sürəti saniyədə 30 metrə çatan qasırğanın gələn həftə çərşənbə, yaxud cümə axşamı Kyusyu adasına çatacağı gözlənilir.

Bir neçə gün əvvəl bu rayonda qasırğanın yol açdığı leysan yağış ciddi fəsadlara yol açıb, 2 nəfər ölüb, onlarla insan yaralanıb.

Okinava administrasiyasının rəhbəri Denni Tamaki sakinləri leysan yağışlara və torpaq sürüşmələrinə hazır olmağa çağırıb: “Bu o deməkdir ki, masştabına görə heç vaxt qarşılaşmadığınız təhlükə ilə qarşılaşacaqsınız”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4248
avatar

Oxşar yazılar