İndoneziyanın paytaxtı Cakartada neft anbarında baş verən yanğın nəticəsində azı on nəfər ölüb.
Lent.az-ın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb.
***
21.00
İndoneziyanın paytaxtı Cakartada yanacaq anbarında güclü yanğın baş verib.
Lent.az-ın xəbərinə görə, yanğın yaşayış binalarına da keçib.
Şəhərin yanğınsöndürmə idarəsinin məlumatına görə, 3 nəfər həlak olub. İndoneziyanın "Kompas" qəzeti xilasedicilərə istinadən 13 qurbanın olduğunu bildirir. Hadisə şahidləri artıq 14 nəfərin daxil olduğu siyahının fotosunu dərc edirlər.