Şimali İrlandiyanın paytaxtı Belfast şəhərindəki xəstəxanada çəkilən görüntülərlə bağlı araşdırma başlanıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, məlum olub ki, cinsi aktların çəkilişləri eyni vaxtda 900-ə yaxın xəstənin müalicə olunduğu ən böyük şəhər xəstəxanasında aparılıb. Dəlillərə görə, onkologiya şöbəsinin bəzi əməkdaşları klinikanı porno studiyaya çeviriblər.
Belfast Sosial və Səhiyyə Fondu hadisəni çox ciddi qəbul etdiyini və daxili araşdırma apardığını bildirib. Onlar həmçinin bildiriblər ki, çəkilişlərə tibb işçilərinin cəlb olunması ilə bağlı məlumatlar qeyri-dəqiq ola bilər. Pornoqrafik videoların xəstəxanada çəkildiyi hələlik rəsmi təsdiqini tapmayıb.
Nümayəndələr açıqlamasında fondun ərazisində bu cür çəkilişlərin qətiyyən yolverilməz olduğunu bildiriblər: “Videoların həqiqətən orada çəkildiyi müəyyən olunarsa, müvafiq tədbirlər görəcəyik”.