Fransa xəstəxanasının qocalar şöbəsində bir kişi iki qadına təcavüz edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Parisin şimal-qərb ətraflarında baş verib. Tibb müəssisəsində bir kişi psixi problemləri olan 93 yaşlı xəstənin otağından çıxarkən diqqət çəkib. Daha sonra çarpayısının dəstində sperma izləri tapılıb. Bir neçə saat sonra qadın infarkt keçirib və həkimlər onu həyata qaytara bilməyiblər.
Təhlükəsizlik əməkdaşları cinsi təcavüzdə şübhəli bilinən 44 yaşlı şəxsi saxlayıb. Zərərçəkmişin ölümünün bu hadisə ilə əlaqəsi olub-olmadığı hələlik aydın deyil.
Eyni zamanda xəstəxanada saxlanılan şəxsin əməlindən ilkin məlumatlara görə, zərər çəkən daha bir qadın olub. 95 yaşlı qadın bildirib ki, təcavüzkar onun otağına girib, sinəsinə toxunub, zorlayıb və yoxa çıxıb.
Cinayəti törətdiyi iddia edilən şəxsin digər cinsi hücumlar törətdiyi də polisə məlumdur. İstintaq davam edir.