Zorla avtomobilə mindirilən 17 yaşlı qızın faciəsi
13 dekabr 2015 12:01 (UTC +04:00)

Zorla avtomobilə mindirilən 17 yaşlı qızın faciəsi

Antalyada 17 yaşlı qız faciəvi şəkildə həyatını itirib. Lent.az Doğan xəbər agentliyinə istinadən xəbər verir ki, bu gecə Antalyanın Kəpəz prospektində naməlum şəxs və ya şəxslər tərəfindən zorla avtomobilə mindirilən 17 yaşlı Hülya Seyyar hərəkətdə olan nəqliyyat vasitəsindən atılıb. Gənc qız hadisə yerindəcə həyatını itirib.

 

Bildirilir ki, elə Kəpəz prospektində yaşayan H.Seyyar gecə saatlarında qohumugildən evə qayıdarkən naməlum avtomobildəki şəxs və ya şəxslər onu zorla maşına mindirib. 17 yaşlı qızın müqavimət göstərməsi nəticəsində sürücü idarəetməni itirib və maşını yolun ortasındakı maneəyə çırpıb. Daha sonra idarəetməni ələ alan sürücü ara məhəllələrə daxil olub və dayanmadan çığıran qızı hərəkətdə olan avtomobildən ataraq qaçıb.

 

Hazırda faktla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 320
avatar

Oxşar yazılar