İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı 159-a çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 132 nəfərin öldüyü bildirilirdi.
Rəsmi məlumata əsasən, 106 nəfər Rieti əyalətində, 53 nəfər isə Askoli-Piçeno əyalətində təbii fəlakətin qurbanı olub.