Yıldırım Trampın qərarını tənqid etdi
29 yanvar 2017 05:14 (UTC +04:00)

Yıldırım Trampın qərarını tənqid etdi

Qaçqınların yolunda divarların ucaldılması problemin həlli yolu deyil. APA-nın xəbərinə görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım, ABŞ prezidenti Donald Trampın qaçqınların qəbulunun dayandırılmasına dair fərmanını şərh edərkən deyib.    

 

“Siz divar tikəcəksiniz, lakin bu problemin həlli yolu deyil. Divarlar nə vaxtsa uçur.  Berlin divarı da  illər boyu durdu, lakin bir günə dağıdıldı, çünki dəyişikliklərə tab gətirmək mümkün deyil. Bu dəyişiklikləri anlamaq lazımdır. Regional məsələləri zibil kimi palazın altına süpürüb gizlətməklə həll etmək olmaz.  Üzü onlara tərəf çevirmək lazımdır, nə qədər ki, bu problemlər daha da böyüməyib”, - deyə Yıldırım bildirib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 300
avatar

Oxşar yazılar