Aprelin 19-da Yer kürəsinin yaxınlığından asteroid keçəcək. APA-nın “Svopi”-yə istinadən verdiyi məlumata görə, 2014 JO25 asteroidini teleskop vasitəsilə iki gün ərzində müşahidə etmək olar.
2014 JO25 asteroidi üç il əvvəl kəşf edilib. Onun diametri bir kilometrə yaxındır. 19 apreldə asteroid Yer kürəsinin 1.8 mln km yaxınlığından keçəcək. Sonuncu dəfə 400 il əvvəl Yer kürəsinin yanından keçən asteroidi insanlar 500 ildən sonra müşahidə edə biləcək.
19 apreldə həmçinin digər səma cismi – PanSTARRS kometini müşahidə etmək mümkün olacaq. Onu binokl və ya teleskop vasitəsilə görmək mümkündür.