ABŞ-ın Orem şəhərində (Yuta ştatı) bıçaqla silahlanmış 16 yaşlı yeniyetmə məktəblərin birində bir qrup şagirdə hücum edərək 5 nəfərə xəsarətlər yetirib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident məktəbdə oğlanlar üçün paltar dəyişmə otağında baş verib. Xəsarət alanlardan bir neçə nəfərin vəziyyəti ktirikdir.
Hücum edən şəxs saxlanılıb, araşdırma aparılır.