Yeməyindən tük çıxan kişi arvadının başını...
Banqladeş polisi həyat yoldaşının başını keçəl qırxan kişini həbs edib.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, oktyabrın 8-də polislər Caypuraxt dairəsindəki kənd sakinlərindən qadına qarşı güc tətbiqi ilə bağlı şikayət alıblar. Bundan sonra 23 yaşlı arvadının saçını qırxan 35 yaşlı Bablu Mondal saxlanılıb.
“Onun arvadının hazırladığı səhər yeməyindən qadın tükü çıxıb”, - yerli polisin rəisi Şariar Xan qeyd edib. Kişi buna görə hirslənib və hər şeyə görə arvadını günahlandırıb. O, sonradan güc tətbiq edərək onun saçını qırxıb.
Saxlanılan kişini 14 il azadlıqdan məhrumetmə cəzası gözləyir.
1822