Rusiyanın Yekaterinburq şəhərində məscidin tikintisinə bu il başlanacaq. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, tikinti il yarım çəkəcək. Yerli “Azərbaycan” cəmiyyətinin sədri Şahin Şıxlinskinin bildirdiyinə görə, işə başlamaq üçün Tikinti Nazirliyinin icazəsi lazımdı.
“İşlər başlasa, məscidin tikintisi 2018-ci il dünya çempionatına qədər başa çatmalıdır”.
Xatırladaq ki, Rusiyada keçiriləcək dünya çempionatının bir sıra oyunları Yekaterinburqda keçiriləcək.