Yazova hökm oxuyan litvalı hakimlərə cinayət işi açıldı
10 aprel 2019 13:42 (UTC +04:00)

Yazova hökm oxuyan litvalı hakimlərə cinayət işi açıldı

Litvadakı 1991-ci il hadisələrinə görə SSRİ-nin keçmiş müdafiə naziri Dmitri Yazovu 10 il azadlıqdan məhrum edən Vilnüs Dairə Məhkəməsinin hakimləri barədə Rusiyada cinayət işi açılıb.
 
ONA-nın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenko açıqlama verib.
 
Onun sözlərinə görə, Vilnüs Dairə Məhkəməsinin hakimləri Aynor Matsyaviçen, Ayvı Suvilen, Virgini Tamoşyunayte və Arturas Şumskasa qarşı Rusiya Cinayət Məcəlləsinin öncədən ədalətsiz qərarın çıxarılması maddəsi ilə cinayət işi qaldırılıb: “SSRİ Silahlı Qüvvələrinin, hüquq-mühafizə orqanları əməkdaşlarının və Sov.İKP üzvlərinin cinayət təqibi beynəlxalq hüquq normalarının və cinayət prosesinin prinsiplərinin pozulması ilə aparılıb. Vilnüs hadisələrində evlərin damlarından dinc əhaliyə atəş açan üçüncü tərəf də olub və bu, hakimlərə bəlli idi”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 786
avatar

Oxşar yazılar