BMT-nin hesabatında bildirilib ki, insanların yarımçıq qidalanmasının dünya iqtisadiyyatına ziyanı Almaniyanın illik istehsalına vurulan zərbəyə bərabərdir.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, qurumun ərzaq və kənd təsərrüfatı təşkilatı hesab edir ki, əmək qabiliyyətini itirməsi və pis qidalanma ucbatından sağlamlığını bərpa etməsi ildə dünya iqtisadiyyatına 3,5 trilyon dollara başa gəlir.
BMT təmsilçisinin qənaətincə, yarımçıq yeməkdən əziyyət çəkən iki milyard insana ayrılan maliyyə vəsaiti uşaq ölümü göstəricisini azalda və sağlıq durumlarını yaxşılaşdıra bilər.
Hesabatda bildirilib ki, dünyadakı uşaqların 4-də biri inkişafdan qalır. 1.5 milyard insan isə artıq çəkidən əziyyət çəkir. 2010-cu ilin məlumatına əsasən, dünya əhalisinin piyləməsinin qeyri-yoluxucu xəstəliklərlə əlaqələndirirlər. Bu problemə 1, 4 trilyon dollar iqtisadi xərc sərf olunur.