Keçmiş Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş başqanı Kamal Kılıçdaroğlunun əkiz qardaşı Adil Kılıçdaroğlu Balıkəsirdə Burhaniyedə müdir işlədiyi yaşayış kompleksində haqlar üstündə mübahisə zamanı infarkt keçirərək dünyasını dəyişib.
Lent.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə, Balıkesir Böyükşəhər bələdiyyə başçısı Əhməd Akın X hesabında 76 yaşlı Adil Kılıçdaroğlunun ölümü ilə bağlı paylaşım edib.
Akın yazıb: "Keçmiş başqanımız cənab Kamal Kılıçdaroğlunun əkiz qardaşı Adil Kılıçdaroğlunun vəfatını böyük hüznlə öyrəndim. Allah ona rəhmət eləsin, Kılıçdaroğlu ailəsinə, yaxınlarına və onu sevən hər kəsə başsağlığı verirəm. Mekanı cənnət olsun".