“Viktor Yanukoviçin şəxsi təhlükəsizliyinin təmin olunması barədə xahişi yerinə yetirilib”.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın hakimiyyət strukturlarındakı mənbə bildirib.
Mənbə deyib ki, V.Yanukoviç Rusiya hökumətinə müraciət edərək şəxsi təhlükəsizliyinin təmin olunmasını xahiş edib: “Bu xahiş Rusiya ərazisində təmin olunub”.