Türkiyənin Antalya vilayətinin Finikye rayonunda Dövlət Xəstəxanasında müalicə alan uşaqlar üçün maraqlı bir layihə - nağıl saatı tətbiq olunub.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hər gün bəlli bir saatda xəstəxanada xanım kloun uşaqlar üçün nağıl oxuyur.
Xəstəxananın baş həkimi Yücel Kurt bildirib ki, balaca qonaqlarının xəstəxanaya daha rahat öyrəşə bilmələrini, şən zaman keçirmələrini təmin etmək, motivasiyalarını yüksəltmək üçün belə bir addım atılıb.
O bildirib ki, bu tətbiq uşaqların xəstəxana qorxusuna qalib gəlmələrinə yardımçı olur və müalicə müddətinin müsbət şəkildə irəliləməsinə kömək edir.
Övladlarının ruh halını yüksəldən nağıl saatı tətbiqindən valideynlər də razı qalıblar.