Venesuelada hökumət tərəfdarları və əleyhdarları aksiyalara başladı
06 aprel 2019 21:05 (UTC +04:00)

Venesuelada hökumət tərəfdarları və əleyhdarları aksiyalara başladı

 
Venesuelanın paytaxtında və bəzi ştatlarında hökümət tərəfdarlarının və əleyhdarlarının nümayişləri başlayıb.
 
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə bu barədə prezident Nikolas Maduro şəxsi “Twitter” hesabında yazıb.
 
“Karakas küçələrini sevinclə və milli çalarlarla dolduraq, beləcə antiimperialist Venesuelanı hər kəsə göstərək! Gəlin birlikdə daimi səfərbərliklə sülhü və milli müstəqilliyi qoruyaq. Müdaxilələrə son!” – Maduro belə deyib.
Paytaxt Karakasda hökumət tərəfdarları səhər saatlarından etibarən bir neçə yerdə toplaşmağa başlayıb. Nümayişçilər Maduroya dəstək, həmçinin ölkənin “Corpoelec” energetika şirkətinə həmrəylik nümayiş etdirmək üçün şüarlar yazılmış plakatlar qaldırıblar.
 
Hökumət əleyhdarları isə onlardan bir qədər sonra dəstələrlə toplaşaraq, nümayişə çıxıblar. Onlar hökumətin “qəsbkarlığına son” qoyulması tələbi ilə şüarlar səsləndiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 827
avatar

Oxşar yazılar