Ukraynalı oliqarxdan <span style="color:red;">ŞOK VƏD : hər təxribatçıya, hər silaha görə pul veriləcək
17 aprel 2014 11:30 (UTC +04:00)

Ukraynalı oliqarxdan ŞOK VƏD: hər təxribatçıya, hər silaha görə pul veriləcək

Ukraynanın Dnepropetrovsk vilayətinin qubernatoru, məşhur oliqarx İqor Kolomoyski şərq vilayətlərindəki rusiyalı təxribatçılarla (“zelyonıye çeloveçki”) və separatçılıqla mübarizədə yeni metod təklif edib.


 

APA-nın “Censor.net” saytına istinadən yaydığı xəbərə görə, bu barədə Dnepropetrovsk qubernatorunun müavini Boris Filatov açıqlama verib.

 

B. Filatov Donetsk və Luqansk vilayətlərində son günlər baş verən hadisələr barədə çox düşündüklərini söyləyib: “Gəldiyimiz yeganə qənaət ondan ibarətdir ki, bu, səfalətin inqilabıdır. Ümidsiz, yorğun və hakimiyyət tərəfindən eşidilməyən insanların qiyamıdır. İnsanlarımızı çarəsizlik girdabına salmış Yanukoviç güruhu bu gün xalqdan oğurlanmış pulları paylayaraq onları separatçılığa təhrik edir və bizə dost olmayan qonşu dövlətin tərkibində xoş gələcək vəd edir”.      

 

B. Filatov Donbass sakinlərinə üzünü tutaraq deyib: “Donbassdan olan, yolunu azmış, dolaşığa düşmüş, əclafların boş və şirin vədlərinə aldanmış rusdilli qardaşlarımız! Bizim təklifimiz var. Təhvil veriləcək hər avtomata görə 1000 dollar, hər pulemyota görə 1500 dollar, hər qumbaraatana görə 2000 dollar mükafat ödənəcək. Ümumi vətənimizə qəsd etmiş və bizi qardaş qırğınına sürükləmək istəyən hər muzdlu təxribatçının tutulub təhvil verilməsinin əvəzində 10 min dollar vəd edirik. Ələ keçirilmiş hər inzibati binanın yerli hakimiyyətə və bizim yaratdığımız “Dnepr” batalyonuna təhvil verilməsinin əvəzində 200 min dollar ödənəcək!”

 

B. Filatov təxribatçılarla mübarizə məqsədilə yaradılan “Dnepr” xüsusi batalyonunun ilk dəstələrinin artıq formalaşdırıldığını və hərbi vəzifələrin yerinə yetirilməsinə hazır olduğunu bildirib.
 

Qeyd edək ki, yəhudi əsilli məşhur biznesmen İqor Kolomoyski Ukraynanın ən zəngin ikinci adamıdır. O, ölkənin ağır vaxtında özü könüllü olaraq doğulduğu Dnepropetrovsk vilayətinə rəhbərlik etmək istəyib və onun bu istəyi prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov tərəfindən təmin edilib. Kolomoyski dövlətdən maaş almayacağını və ölkədə qayda-qanun yarandıqdan sonra vəzifədən gedəcəyini bildirib.

 

# 788
avatar

Oxşar yazılar