Ukraynada partlayış törədildi
19 sentyabr 2016 06:01 (UTC +04:00)

Ukraynada partlayış törədildi

0

Bu gecə Ukraynanın Lutsk şəhərində (Volınsk vilayəti) partlayış baş verib.

 

APA-nın Ukraynanın “Telegraf” saytına istinadən verdiyi xəbərə, insident “Qrand Volın” ticarət mərkəzinin yaxınlığındakı avtomobil dayanacağında qeydə alınıb.

 

İlkin məlumata əsasən, partlayıcı qurğu “Leksus” markalı avtomobilin altına yerləşdirilib.

 

Partlayış nəticəsində həmçinin dörd avtomobilə ziyan dəyib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Zərərçəkənlər barədə məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 527

Oxşar yazılar