Bu gün Suriyadan Türkiyənin Kilis şəhəri atəşə tutulub.
APA-nın “Millyet”-ə istinadən verdiyi xəbərə görə, şəhərə üç raket mərmisi düşüb, nəticədə 5 uşaq yaralanıb. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.
Uşaqlardan ən kiçiyinin 5, ən böyüyün isə 11 yaşı var. Yaralılar Kilis Dövlət Xəstəxanasına çatdırılıb.
Məlumata əsasən, Türkiyə tərəfi cavab atəşi açıb.