Türkiyənin uğurlu raket sınağı - <span style="color:red;">VİDEO
25 sentyabr 2019 19:23 (UTC +04:00)

Türkiyənin uğurlu raket sınağı - VİDEO

 
İstehsalına 2009-cu ildə başlanılan və 10 ildən sonra - 2018-ci ilin noyabrında ilk test atışlarını həyata keçirən “ATMACA” raketinin  son test atışı da uğurlu olub.
 
Lent.az-ın Türkiyə mediasına istinadla verdiyi məlumata əsasən, Dəniz Donanması Komandanlığının MİLGEM platformalarında istifadə olunacağı nəzərdə tutulan və gəmidən gəmiyə kruiz raketi tələbatını qarşılamaq üçün Türkiyə Müdafiə Sənayesi Nazirliyi tərəfindən başlanan “Səthdən Səthə Bələdçi Mərmisi” layihəsi əsasında istehsal olunan “ATMACA” kruiz raketinin test atışları davam edir. 
 
Atışa aid görüntüləri müdafiə sənayesi naziri İsmayıl Dəmir sosial media profilindən paylaşıb. “ATMACA” raketimizin yeni test atışını da uğurla gerçəkləşdirdik. “ATMACA” kruiz raketləri Roketsan, atış nəzarət və digər mexanizmlər isə Aselsan şirkətləri tərəfindən istehsal olunur. Raketlər MİLGEM-lərə inteqrasiya edərək, dənizdə daşınmalarımıza güc verəcək”, - nazir vurğulayıb.
 
Xatırladaq ki, “ATMACA” raketlərinin çəkisi 800 kiloqramdır. Raket suyun üzərindəki hədəfləri məhv etmək üçün 250 km yol qət etmək özəlliyinə sahibdir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2479
avatar

Mehman Nəbiyev

Oxşar yazılar