“Sol əllə yemək yemək olmaz. Sol əllə şeytanlar yemək yeyir”. Lent.az-ın məlumatına görə, bu qalmaqallı fətva Türkiyənin ən yüksək dini qurumu olan Dəyanət İşləri Komitəsindən gəlib.
“Sol əllə yemək yeməkdə bir problem varmı?” sualı Dəyanət İşləri Komitəsinin saytında belə cavablandırılıb: "Məhəmməd peyğəmbər sol əllə yemək-içməyi xoş qarşılamayıb. Şeytanların sol əllə yeyib-içdiklərini xəbər verərək ümmətini xəbərdar edib ki, "uşaqlara sağ əllə yemək yeməyi öyrədin" deyib".