İraqın Mosul vilayətinin keçmiş valisi Esil Nuceyfi haqqında həbs qərarı çıxarılıb. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, E.Nuceyfinin Türkiyə ilə yaxşı münasibətlərinə və türk ordusunu Mosula dəvət etdiyinə görə tutulduğu bildirilir. Onunla yanaşı, qardaşı Usama əl Nuceyfi də həbs edilib.
Qeyd edək ki, E.Nuceyfi Türkiyənin Mosul yaxınlığında Başika hərbi bazasını yaratmasında əsas rol oynamışdı. Keçmiş vali vəzifədən kənarlaşdırıldıqdan sonra Başikada yetişdirilən hərbçilərdən formalaşmış qüvvələrə rəhbərlik edirdi.