Türkiyənin Kocaeli vilayətində 3,5 bal gücündə zəlzələ baş verib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Kartepe rayonunda, ocağı isə 13 km dərinlikdə yerləşib.
İlkin məlumata əsasən, zəlzələ nəticəsində dağıntı və zərərçəkən olmayıb.