Türkiyədə sosial şəbəkələrə giriş bərpa olunub.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, “Facebook”, “Twitter”, “WhatsApp” və “Youtube” a girişə qoyulmuş məhdudiyyət aradan qaldırılıb.
Baş nazir Binəli Yıldırım məhdudiyyətin hökumətin əmri ilə qoyulduğunu və zaman-zaman təhlükəsizlik tədbirləri ilə bağlı belə bir addımların atılacağını deyib.
**
10:24
Türkiyədə “Twitter”, “Facebook” və “Youtube” sosial şəbəkələrinə girişə məhdudiyyət yaradılıb.
Lent.az-ın Türkiyə Kiv-ə istinadən məlumatına görə, ölkədə Xalqların Demokratik Partiyasının ( HDP) liderləri Demirtaş və Yüksekdağ ilə HDP-li vəkillərin saxlanılması əməliyyatından sonra Türkiyədə bu sosial şəbəkələrə girişə məhdudiyyət qoyulub.