Bu gecə Türkiyə polisi Van şəhər Bələdiyyəsində əməliyyat keçirib. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, bələdiyyə sədri Bəkir Kaya və 4 bələdiyyə üzvü antiterror istintaqı çərçivəsində saxlanılıb.
Saxlanılan şəxslərin evlərində və bələdiyyə binasında axtarışların davam etdiyi bildirilir.
Qeyd edək ki, Bəkir Kaya 2012-ci ildə “terror təşkilatına üzvlük” ittihamı ilə həbs olunmuş və 4 yanvar 2016-cı il tarixdə barəsində 15 il azadlıqdan məhrum etmə hokmü çıxarılmışdı.