Türkiyəyə məxsus iki tank Suriyanın Carablus şəhəri yaxınlığında raket atəşinə tutulub, bir hərbçi həlak olub, 3 nəfər yaralanıb.
Bu barədə APA “Frans Press”ə istinadən xəbər yayıb.
Qeyd edək ki, Türkiyə ordusu avqustun 4-də Suriya müxalifəti və beynəlxalq koalisiyanın təyyarələrinin dəstəyi ilə Carablus şəhərini İŞİD-dən azad etmə əməliyyatına başlayıb.
Carablus şəhəri sutka ərzində Azad Suriya Ordusunun nəzarətinə keçib.