ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp inauqurasiya mərasimindən sonra Rusiyaya səfər edəcək.
APA-nın xəbərinə görə, bu barədə “İzvestiya” qəzetinə ABŞ Respublikaçılar partiyasındakı yüksək rütbəli mənbə bildirib.
“Səfərə hazırlıq inauqurasiya mərasimindən sonra başlayacaq. Hazırda Trampın komandası və Kreml arasında hər-hansı ciddi əlaqə mövcud deyil”, mənbə qeyd edib.
Qeyd edək ki, ABŞ-ın 45-ci prezidenti Donald Trampın inauqurasiya mərasimi gələn ilin yanvarın 20-də baş tutacaq.