ABŞ prezidenti Donald Tramp müdafiə naziri Ceyms Mettisə İŞİD-lə mübarizə üzrə plan hazırlamağı tapşırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, plan ABŞ-ın rəhbərlik etdiyi koalisiya üçün yeni müttəfiqlərin müəyyənləşdirilməsini nəzərdə tutur.
D.Trampın ötən gün imzaladığı memoranduma əsasən, plan 30 gün ərzində hazırlanmalıdır. Sənəddəki bəndlərdən biri “İŞİD-ə qarşı mübarizədə koalisiyanın yeni tərəfdaşlarının müəyyənləşdirilməsini və İŞİD-lə mübarizədə koalisiya üzrə tərəfdaşların dəstəklənməsi siyasətinin aparılması”nı nəzərdə tutur.
Qeyd edək ki, İŞİD-lə mübarizədə əməkdaşlıq məsələsi ötən gün Donald Tampla Vladimir Putin arasında baş tutmuş telefon danışığı zamanı müzakirə olunub.