Terrorçular qaz kəmərini partlatdı
07 fevral 2017 03:22 (UTC +04:00)

Terrorçular qaz kəmərini partlatdı

İŞİD teror qruplaşmasının silahlıları Suriyanın Palmira şəhəri yaxınlığında qaz kəmərini partladıblar.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışdan sonra əmələ gələn güclü yanğın hələ də davam etməkdədir.

 

Ötən ilin dekabrında terrorçuların hücumu nəticəsində Suriya ordusu Palmiranı tərk etmək məcburiyyətində qalmışdı. Hazırda şəhərdən 39 km aralıda Suriya ordusu ilə İŞİD silahlıları arasında şiddətli döyüşlər gedir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 136
avatar

Oxşar yazılar