Terror təşkilatının lideri öldürüldü
09 oktyabr 2019 19:03 (UTC +04:00)

Terror təşkilatının lideri öldürüldü

 
 
Təlim məkanını havaya uçan bombalanmanın ardından Amerika xüsusi qüvvələrinin də iştirak etdiyi əməliyyatda, “Əl-Qaidə”nin ən önəmli adamlarından Asım Ömər vurulub.
 
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, Əfqanıstanın gizli xidməti NDS, ABŞ dəstəkli hava zərbəsinin Helmandin Musa Qala rayonundakı “Əl-Qaidə” və “Taliban”ın birgə təlim düşərgəsini havaya uçduğunu bildirib.
 
Məlumata görə, Ömər ilə birlikdə daha altı terrorçu öldürülüb.
 
Ömərin sağlığında çəkilmiş və ölü halını göstərən fotoşəkilləri paylaşan NDS-nin verdiyi məlumata görə, öldürülən digər terrorçuların əksəriyyəti pakistanlıdır.
 
ABŞ və ya “Əl-Qaidə”dən hələ ki Ömərin öldürüldüyünü təsdiq edən bir açıqlama verilməyib.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1032
avatar

Oxşar yazılar