Tiflisdə avtomobillərin yürüşü keçirilir - FOTO
Tiflisdə avtomobillərin yürüşü keçirilir.
APA-nın yerli bürosu xəbər verir ki, Birinci Respublika meydanında başlayan yürüşün Gürcüstan Daxili İşlər Nazirliyi binasının qarşısında başa çatdırılması planlaşdırılır.
Etirazçılar Daxili İşlər naziri Giorgi Qaxariyanın istefasını, iyunun 20-də həbs edilən nümayişçilərin azad edilməsini tələb edirlər. Onlar tələblər yerinə yetirilmədiyi təqdirdə bu gün saat 19:00-da parlament binasının qarşısında mitinqi yenidən bərpa edəcəklərini bəyan ediblər.
Qeyd edək ki, bu gün hakim "Gürcü Arzusu" Partiyasının siyasi şurasının iclasında etirazçıların tələblərindən daha biri qəbul edilib. Belə ki, hökümət 2024-cü ildə keçirilməsi planlaşdırılan parlament seçkilərinin 2020-ci ildə proporsional qaydada keçirilməsi haqqında qərar verib.
822