Tayvanın şərq bölgəsində bir gecə ərzində 26 yeraltı təkan qeydə alınıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Mərkəzi Meteoroloji İdarəsinin rəisi Sin Tsaytszin bildirib.
Onun sözlərinə görə, yeraltı təkanların ən güclüsü (5,6 bal) Tayvanın şimal-şərq sahillərində qeyd alınıb. Regionda maqnitudası 3,6-dan 4,5 baladək təkanlar davam etməkdədir.
Sonuncu, 5,5 ballıq zəlzələ Taydun bölgəsində qeydə alınıb. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
***
Tayvan sahillərində 5,3 bal gücündə zəlzələ baş verib.
APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Hualyan şəhərindən 34 km şimal-şərqdə, ocağı isə 8,3 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.